• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1911
— 07.10.2021 16:20

Reyd keçirildi, qaydaları pozanlar cərimələndilər

KepezTV Player

Şəmkir Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları ictimai nəqliyyat və taksilərdə pandemiya qaydalarına əməl olunması ilə bağlı keçiriblər. Asayiş keşikçiləri sükan sahiblərinin koronavirus infeksiyasına qarşı 2-ci doza peyvənd olunmaları ilə bağlı pasportlarını yoxlayıb, eləcə də tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlərlə profilaktik söhbətlər aparıblar. Reyd zamanı əksər sürücülərin covid pasportunun olduğu müəyyən edilib. Ancaq taksi fəaliyyəti ilə məşğul olan bəzi şəxslərin sərnişin daşıdıqları halda tibbi maskadan istifadə etmədikləri aşkarlanıb. Bu səbəbdən qanunu pozan 10-a yaxın sükan sahibinə qarşı protokol tərtib edilərək inzibati qaydada cərimələniblər.