KepezTV Player
Ağstafada şəhid Xaləddin Cəlilovun xatirəsi anılıb. Qəhrəmanımız 2002-ci il aprelin 13-də rayonun Yenigün kəndində anadan olub və otra məktəbi bitirdikdən sonra Azərbaycan Ordusunda xidmətə yollanıb. Vətən müharibəsində Murovdağ uğrunda gedən döyüşlər zamanı şəhid olub və Ağstafa rayonunda dəfn olunub. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Xaləddin Cəlilov ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
- Baxış: 554