• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1838
— 07.10.2021 11:52

3-cü doza yoluxmadan qorunmanı 11 dəfə artırır

KepezTV Player

Tədqiqatlara əsasən, koronavirus əleyhinə peyvəndin 3-cü dozasını almış yaşı 60-dan yuxarı şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb. TƏBİB-in  departament rəhbəri Yaqut Qarayeva bir sıra ölkələrdə aparılan tədqiqatların nəticələri və 3-cü dozanın əhəmiyyətindən danışarkən qeyd edib ki, buster dozanın ilkin dozalardan 6 ay keçmiş və 65-dan yuxarı yaş həddi olan insanlara, 18-dən yuxarı yaş həddində isə yan xəstəlikləri mövcud, yüksək risk şəraitində olan şəxslərə vurulması tövsiyə edilir. Digər bir araşdırmada bildirilir ki, 50-dən yuxarı yaş həddi üçün, yaşı 16-dan yuxarı yüksək risk qrupları, həmçinin yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslər buster doza qəbul edə bilərlər. İsraildə isə 3-cü doza yaşı 60-dan yuxar vətəndaşlarla yanaşı, avqust ayından yaşı 12-dən yuxarı şəxslərə də tətbiq olunur.