• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1431
— 06.10.2021 21:31

Gəncə Dövlət Kukla Teatrı Estoniyada festivalda iştirak edib

KepezTV Player

Gəncə Dövlət Kukla Teatrı Estoniyanın Vilyandi şəhərində keçirilən 24-cü Beynəlxalq “Teatr çamadanda” kukla tamaşaları festivalında iştirak edib. Sentyabrın 2-ci ongünlüyündə reallaşan festivalda Estoniya və Azərbaycanla yanaşı Latviya, Litva, Moldova və Ukraynadan olan kuklaçılar qatılıb.

Gəncə Dövlət Kukla Teatrının kollektivi festivalda Hans Xristian Andersenin “Düyməcik” nağılı əsasında hazırlanan tamaşanı təqdim ediblər. Truppa “Düyməcik”lə eston tamaşaçıları və teatrsevərləri heyrətləndirməyi bacarıb.

Fərmayıl Paşayev Gəncə Dövlət Kukla Teatrının direktoru: Biz bu festivala ötən il də dəvət almışdıq və məlum səbəblərə görə pandemiya olduğu üçün təşkilat komitəsi festivalı təxirə saldı və bu il yenidən həmin festivalı dirçəltdi və bizim teatr yenidən bu festivala dəvət aldi. Teatr bu festivala Mədəniyyət Nazirliyinin dəstəyi ilə qatıldı və biz burada Xristian Andersenin “Düyməcik”  tamaşası ilə getdik. Festivalın 2 ci günü bizim tamaşa nümayişi günümüz idi. Tamaşa olduqca maraqlı və baxımlı keçdi. Bütün eston tamaşaçılar tərəfidən yüksək qiymətləndirildi və hətta mən deyərdim ki, Latviyadan, Litviyadan Maldovadan, Ukraniyadan və Estoniyanın özündən qatılan təşkilatlar da bizim tamaşa haqqında yüksək fikir söylədilər və sonda festivalın diplomunu və əlcək kukla mükafatını bizə təqdim elədilər.

“Düyməcik” tamaşası festivala qatılan Avropa ölkələrinin təmsilçilərinin təqdimatları arasında fərqlənməyi bacarıb.

Fərmayıl Paşayev Gəncə Dövlət Kukla Teatrının direktoru:Biz məxsusi olaraq bu tamaşanı bu festival üçün hazırlamamışdıq. Yəni təsadüfdən bizdə hazır idi düyməcik tamaşası və biz qərara gəldik ki, bu festivalda çıxış edək. 5 nəfər bu festivalda iştirak elədi. Rejissor Şamil Məmmədli, aktrisa Naidə Namazova, aktyor Səməd Xanəhmədov  və Nərmin Şərifova bu tamaşada rol almışdılar. Çox qürurverici bir haldır ki, uzun müddət idi ki, öəlkədən heç bir teatr xarici ölkəyə çıxışı yox idi. Yəni pandemiya ilə əlaqədar olaraq heç bir teatr festiavllara qatılmırdı. Çox sevindirici haldır ki,  Gəncə Dövlət Kukla Teatrı bu ilkə imza atdı, ölkədən kənara çıxdı Avropada məhz Azərbaycan tetrını, Azərbaycan kukla sənətini nümayiş etdirdi.

Yaradıcı heyət beynəlxalq festivala qatılmaqla teatr sahəsində əməkdaşlıq barədə də fikir mübadiləsi aparmaq imkanı qazanıblar.

Şamil Məmmədli Gəncə Dövlət Kukla Teatrının quruluşçu rejissoru:Ümumiyyətlə beynəlxalq festivallar bütün yaradıcı heyətlər üçün çox önəmlidi. Çünki orda həm öyrədirsən, həm öyrənirsən. Və digər ölkələrin də tamaşalarını görürsən, müqayisələr aparısrsan. Bu baxımdan teatrın, teatr kollektivinin inkişafında beynəlxalq festivalların çox böyük önəmi vardır.

Pandemiyadan sonra Kukla teatrının ilk tamaşası şəhid və qazi övladları üçün təqdim olunub.

Aişə Rzayeva