• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2302
— 06.10.2021 21:26

Qripə qarşı peyvənd olunmusuzmu?

KepezTV Player

Virus infeksiyalarının əksəriyyəti, xüsusilə qrip soyuq havada daha çox yayılır. Mövsüm dəyişikliyi, havaların soyuması ilə əlaqədar olaraq bu tip xəstəliklərlə daha çox rastlaşılır. Xüsusilə pandemiya dövründə koronavirusla paralel olaraq mövsümü qripə qarşı mübarizə aparmaq da əsas hesab edilir. Belə olan halda respirator xəstəliklərə qarşı olan yəni-qrip peyvəndi gündəmə gəlir. Bəs insanlar qripə qarşı peyvənd olunublarmı? Ümumiyyətlə, bundan xəbərdardılarmı?

şəhər sakini: Qripə qarşı yox. Elə həkim nəyi məsləhət görür onu vurdurmuşuq.

şəhər sakini: Bütün vaksinləri peyvəndləri vaxtı vaxtında vurdurmuşuq, özümüzə də uşaqlara da.

şəhər sakini: Bəli. Qripə qarşı peyvənd olunmuşuq. Karonavirusa da qarşı.

şəhər sakini: Xeyr vurdurmamışam.

Böyüklərdə və uşaqlarda ən çox rast gəlinən xəstəliklərdən olan qrip payızda kəskinləşən respirator xəstəliklərdəndir. Bəlkə bəzilərinin xəbəri olmaya bilər, amma qripə qarşı da peyvənd edənlərin sayı az deyil. Mütəxəsislər də bunun önəmli olduğunu vurğulayırlar.

Amil Rəhimli terapevt: 6 aydan böyük uşaqlardan başlayaraq insanlara qrip peyvəndi vurulmağa başlayır. Qrip peyvəndinin olunma vaxtı sentyabr ayının 2 ci həftəsidən sonra oktyabr aylarındadı. Daha çox qış mövsümü başlayanda başlanılır peyvəndlərə. Bu peyvəndlərin məqsədi insanlar arasında yayılan qrip viriusunun sayını azaltmaqdlr.

Bəs xroniki xəstəliyi olan pasientlər necə qrip peyvəndi vurdura bilərlərmi?

Amil Rəhimli terapevt: Qrip özü də ayrıca bir ciddi virus xəstəliyi olduğu üçün qripdən qorunmaq çox önəmlidir. Özəlliklə xroniki xəstəlikləri olub, immunitet xəstəliyi olan xəstələrdə mütləq elətdirmək vacibdir. Demək istəyirəm ki, heç bir ziyanı yoxdur, əksinə çox xeyri vardır. Vurulduğu gündə bəlkə biraz əlamətlər olsa da sonra keçir. Qoruyuculuğu uzun müddət davam edir. Hətta 1 ilə yaxın qoruyuculuğu vardır.

Mütəxəsislər qrip vaksininə tələbin kifayət qədər olduğunu qeyd edir və pandemiya dövründə daha da vacib olduğunu vurğulayırlar.

Amil Rəhimli terapevt:Yönləndirdiyim xəstələrə məsləhətim qrip peyvəndini sentyabrın 2-ci həftəsindən sonra hər il mümkün qədər davam etmələridir. Bu zamanda isə dediyimiz kimi covid də pandemiya olaraq çıxdığı zamanda bir biri ilə qarışdığı üçün mütləqlik daha da artmışdır. Ona görə hər xəstəyə tövsiyyə edirik. Bəzi xəstələr ola bilər ki, izolə biz onlara icazə verməyək. 100 də 90 sağlam insanların hamısına isə mütləq lazımdır.

Vaksin bütün dövrlərdə xəstəliklərdən müdafiə olunmağın ən yaxşı üsulu hesab edilib. Bu amili nəzərə alıb soyuq havalarda qripə yoluxmamaq üçün peyvənd olunmaqda fayda var.

Aişə Rzayeva