• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1221
— 06.10.2021 21:16

"Zəfər dronları" hazırlanacaq

KepezTV Player

Gəncədə Zəfər dronları layihəsinin təqdimatı keçirilib. Təhsil  Nazirliyinin  Təhsildə İnkişaf və innovasiyalar üzrə beşinci qrant müsabiqəsi çərçivəsində reallaşan layihə Gəncə məktəbliləri arasında 4 ay davam edəcək. Bu müddətdə şagirdlər elmi texniki innovativ istiqamətlərdə fəaliyyətlərə cəlb edilərək müxtəlif təyinatlı dronlar hazırlayaraq yarışlarda sınaqdan keçirəcəklər. Bununla onların mühəndis-dizayn imkanlarının inkişaf etdirməsi hədəflənib. Həmçinin şagirdlərin dəqiq və texniki fənnlərə olan maraqları da yüksələcək. Bununla da Azərbaycanın gələcək proqramçıları, mexanika mühəndisləri, dron operatorları yetişmiş olacaq. Təlimdə şagirdlər 10 nəfərlik qrup halında işləyəcəklər. Onlara dronların hazırlanması, proqramlaşdırılması eləcə də düzgün hədəfə uçurdurulması öyrədiləcək. Sonda iştirakçılar fevral ayında Gəncədə məktəblilər arasında keçirilən dron yarışında iştirak edəcəklər.

Aynurə Orucova  layihə rəhbəri: Dron yarışları idman zalında təntənəli şəkildə qeyd olunacaqdır. Burada cəlb olunacaq uşaqların əgər hədəfi düzgün uçurtma qabiliyyəti varsa onları biz dekabr ayında beynəlxalq olimpiadalara da dəvət edəcəyik. Layihədə yazılmış zəfər dronlarını biz artıq sülh naminə hansı ki, şagirdlərdə gələcək təhsillərdə aqrotexnika ilə bağlı dizaynla bağlı daşımacıqla bağlı sahələr yönədilməsi və onlarda da bu sahələrə marağa səbəb olacaqdır.