• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1118
— 06.10.2021 17:45

​Şuşada su təchizatının təmin olunması məqsədilə işlər davam etdirilir

KepezTV Player

Şuşanın dayanıqlı içməli su təchizatının təmin olunması məqsədilə işlər davam etdirilir.Hazırda 1980-ci illərdə çəkilmiş Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 kilometrlik hissəsi polad borularla dəyişdirilir. İlk növbədə kəmərin Zəfər yolu və elektrik yarımstansiyasının ərazisindən keçən hissəsi inşa olunub. Qayalıq ərazidə əvvəlcə xüsusi texnikanın sərbəst hərəkəti üçün trassa salınır ki, buradan həm də gələcəkdə istismar yolu kimi istifadə olunacaq. Kəmərin keçəcəyi ərazilərdə xüsusi texnikalardan istifadə olunmaqla qayalıqlar yarılaraq xəndəklər qazılır və tikinti normalarına uyğun olaraq qumla doldurularaq hazır vəziyyətə gətirilir.Şuşa şəhərinin dayanıqlı su təminatı üçün layihənin birinci mərhələsində şəhər ərazisində hər birinin tutumu 500 kubmetr olan 2 su anbarı tikiləcək, şəhərdaxili şəbəkənin 6 kilometrlik hissəsi yenidən qurulacaq. Bu mərhələ üzrə işlərin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.