• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1551
— 06.10.2021 17:32

COVID-19 pasportu olmayanlar məhkəmə binalarına buraxılmayacaq

KepezTV Player

Oktyabrın 11-dən məhkəmə binalarına giriş yalnız COVID-19 pasportu və ya immunitet sertifikatı ilə mümkün olacaq. Qapalı məkanlarda keçirilən prosessual hərəkətlərdə bilavasitə iştirak edən bütün şəxslərdən COVID pasportunun və ya Əks Göstəriş sertifikatının olması tələb ediləcək. Barəsində qətimkan tədbirinin seçilməsi və inzibati həbs tənbeh növünün tətbiqi məsələsi həll olunan şəxslər müvafiq sənədi olmadığı hallarda onların məhkəmə iclaslarında iştirakları videokonfrans əlaqə sistemindən istifadə edilməklə, bu mümkün olmadıqda və ya həmin şəxslərin məhkəmə iclasında şəxsən iştirakı zəruri olduğu hallarda onların sanitar-gigiyenik və tibbi-profilaktik qaydalara ciddi riayət etmək şərti ilə bilavasitə iştirakları təmin olunacaq. Təqsirləndirilən şəxslər, azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumlar və digər proses iştirakçılarının müvafiq sənədi olmadığı hallarda, habelə səhhətinin vəziyyəti onların məhkəmə icraatında bilavasitə iştirakını qeyri-mümkün etdiyi və nəzərdə tutulmuş digər hallarda prosessual hərəkətlərin, eləcə də icraatın tamamilə və ya qismən videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsinə üstünlük veriləcək.