• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1448
— 06.10.2021 17:10

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

KepezTV Player

Bu ilin 9 ayı ərzində valideyn nimayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə altsisteminə 286 müraciət daxil olub. Sosial Xidmətlər Agentliyindən qeyd edilib ki, bu il Agentlik tərəfindən 86 uşaq övladlığa verilib ki, onlardan 41-i oğlan, 45-i qızdır. 2019-cu ilin noyabrından etibarən övladlığagötürmə sahəsində dövlət siyasətini və tənzimləməni, o cümlədən bu sahə ilə əlaqədar öhdəlikləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Ötən ildən bu sahədə fəaliyyətin aparılması Sosial Xidmətlər Agentliyinə tapşırılıb. Bu fəaliyyət elektronlaşdırılıb və övladlığagötürmə prosesinin əlçatanlığı, operativliyi təmin edilib. Xidmət tərəfindən övladlığa verilən uşaqların mütəmadi olaraq monitorinqi həyata keçirilir.