• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1436
— 05.10.2021 19:03

Nəzarətçi olmaq üçün qeydiyyat başlayıb

KepezTV Player

İmtahanlarda nəzarətçi olmaq istəyənlər ekrana yaxın əyləşsinlər. Təqdim edəcəyimiz videomaterialda zal nəzarətçisi olmaq üçün tələb olunan şərtlər, ödənilən məbləğ və digər məlumatlar yer alacaq. İzləyək həmin videomaterialı.

Bu gündən Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda zal nəzarətçisi qismində iştirak etmək istəyən namizədlərin qeydiyyatına başlanıb. Qeydiyyat elektron formada aparılır və əsasən pedaqoji ixtisasları bitirən şəxslər bu xidmətə müraciət edə bilərlər.

Dövlət İmtahan Mərkəzinin Gəncə regional bölməsinin bazasında 253 şəxs zal nəzarətçisi kimi qeydiyyatdadır. Bu rəqəmin qeydiyyat dövründə artacağı isə istisna deyil.

 

Valeh Anaroğlu