• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1171
— 05.10.2021 18:55

Məktəb direktoru "Tərəqqi" medalına layiq görülüb

KepezTV Player

Beynəlxalq Müəllimlər Günü münasibətilə Şəmkirdə reallaşan analoji tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev təhsil işçilərini təbrik edərərk müəllim əməyinin əsl vətənpərvərlik nümunəsi olduğuna diqqət çəkib. Təhsildə əsas sima, ən nüfuzlu şəxs olan müəllimin şərəfli əməyinə Azərbaycan dövlətinin həmişə yüksək qiymət verildiyini xatırladıb. Milli təhsilin inkişafına xüsusi qayğı ilə yanaşıldığı, yeni məktəb binalarının tikildiyi və təmir edildiyi vurğulanıb. Vətən müharibəsndə müəllim peşəsini səngərə dəyişən Vətən oğullarının qəhrəmanlığından, vətənpərvərliyindən söz açılıb.  seçməkdən qürur duyduqlarını qeyd ediblər. Şəmkirdə müəllim əməyinin daim yüksək qiymətləndirildiyi, onların ali dövlət mükafatları və təltiflərinə layiq görüldüyü xatırladılaraq ölkə başçısının bu gün imzaladığı sərəncamla Abbaslı kənd tam orta məktəbinin direktoru Gülbəniz Bayramovanın “Tərəqqi” medalı ilə təltif olunduğu diqqətə çatdırılıb. Tədbirdə işi ilə fərqlənən peşə sahibləri Rayon icra hakimiyyəti tərəfindən mükafatlandırılıb.