Gürcüstanın Kaxeti bölgəsində Müdafiə naziri Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilib. Görüşdə Müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər. Qarşılıqlı etimada əsaslanan bu strateji tərəfdaşlıq platformasının bölgədə sülhün və sabitliyin, davamlı inkişafın, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynadığı xüsusi vurğulanıb. Sonda danışıqların yekununa dair protokol imzalanıb.***Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin birgə mətbuat konfransı da keçirilib.b Birgə təlimlərin üçtərəfli fəaliyyətlərin yeni mərhələyə keçməsinə zəmin yaradacağı və nəticədə regional təhlükəsizliyə öz töhfəsini verəcəyii bildirilib.
- Baxış: 546