• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1458
— 05.10.2021 12:02

Vaqif Şərifov vəfat edib

KepezTV Player

Gəncə Dövlət Dram Teatrının rejissoru, Əməkdar incəsənət xadimi, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, “Qızıl Dərviş” mükafatı laureatı Vaqif Abdulla oğlu Şərifov bu gün səhər saatlarında vəfat edib. 78 yaşlı Xalq artistinin səhhətində ciddi problem yarandığı üçün Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Vaqif Şərifovla vida mərasimi Gəncə Dövlət Dram Teatrında keçirilir.