• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1656
— 04.10.2021 19:47

Bir il əvvəl Gəncəyə ikinci raket zərbələri endirilib

KepezTV Player

Düz bir il əvvəl, 5 oktyabrda da Ermənistanın Berd rayonu ərazisindən Gəncə şəhəri raket zərbələri ilə atəşə tutulub. Raketlərin Gəncədəki xəstəxanalardan birinin, 34 saylı orta məktəb, Şah İsmayıl Xətai prospektində yerləşən mebel fabrikinin yaxınlığına, "Yevlax avtovağzalı" kimi adlandırılan əraziyə və Mərkəzi bazara atılması nəticəsində 3 mülki şəxs xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib. Axşam saat 20 radələrində ermənilər Gəncəni növbəti dəfə atəşə tutub. *** Bərdə şəhərində raket mərmilərinin qəlpələrindən Şəhriyar Mehdiyeva həlak olub, 3 nəfər isə xəstəxanaya yerləşdirilib. Goranboyda 2 evə top mərmisinin düşməsi nəticəsində Raziyə Abbasova həlak olub, 4 nəfər yaralanıb. Bu şəhər və rayonlarla yanaşı, Beyləqan, Göygöl, Tərtər, Füzuli və Ağcabədi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.