• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1023
— 04.10.2021 20:45

Gəncənin ilk mülki şəhidi anılıb

KepezTV Player

İkinci Qarabağ müharibəsində ermənilərin Gəncəyə atdığı raket nəticəsində şəhid olan Tunar Əliyevin xatirəsi anılıb. Oxuduğu 13 nömrəli məktəbdə keçirilən tədbirində iştirak edənlər 21 yaşlı Tunarın elə məktəb illərindən torpağa, vətənəi, xalqa bağlılığından danışıblar. 1 il öncə avtomobilində hərəkətdə olarkən Gəncəyə atılan raketin onun cavan ömrünə, arzularına son qoyduğunu dilə gətiriblər. Bundan sonra ermənilərin təxribatları nəticəsində Gəncədə neçə-neçə mülki şəxslərin həlak olduğu, yaralandığı, şəhərin infrasturukturuna ciddi ziyan dəydiyi vurğulanıb. Ancaq Gəncə sakinləri bundan sarsılmadı, bütün xalqımız kimi dövlətin, ordunun arxasında mətin dayandı. Anım tədbirində məktəbin şagirdləri vətənə, torpağa, şəhidlərimizə aid şerlər səsləndiriblər.