• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1901
— 04.10.2021 12:27

Erməni terrorundan zərərçəkən ailə

KepezTV Player

4 oktyabrda Gəncədə dinc əhaliyə qarşı törədilən terror zamanı zərərçəkənlər arasında Məmmədovlar ailəsi də olub. Mərmi atışı nəticəsində onların evləri dağılıb. Orxan Cəfərzadənin materialında həmin günü Məmmədovlarla birgə xatırlayacağıq.

Vətən müharibəsində ordumuz işğal altındakı ərazilərimizi azad edərək irəlilədikcə düşmən bunun əvəzini Azərbaycanın döyüş gedən ərazilərdən xeyli aralıda yaşayan dinc əhalidən çıxmağa başladı. 4 oktyabr günü səhər saatlarında Gəncə bir neçə dəfə raket ateşinə tutulub. Bu mərmilərdən biri də şəhərin Əli Nəzmi küçəsində yerləşən fərdi yaşayış evlərinə düşüb. Sözügedən məkanda 4 oktyabradək Məmmədovlar ailəsi də yaşayırdı. 1 il öncə qaldıqları, indi isə xarabalığı xatırladan evlərinə kənardan baxmağa məcbur olan Ceyran xanımın hadisə olan günü belə yadında qalıb.

4 oktyabrda Ceyran Musayeva evdə tək olub. Zərərçəkən raket hücumundan bir gün əvvəl iki qız övladını bacısıgilə göndərib. Müsahibim uşaqlarının həmin an evdə olmamasının həyatda qalmaları üçün böyük şans olduğunu deyib.

Ceyran Musayeva müharibə zamanı ordumuza sonadək inandıqlarını söyləyib. Hətta ailə evləri dağıldıqdan sonra belə Nizami yurdunu tərk etməyərək qələbə gününü də məhz doğma şəhərlərində qeyd ediblər.

Gəncədə erməni terroru nəticəsində evləri yararsız hala düşən ailələrə dövlət tərəfindən yeni mənzillər verilib. Məmmədovlar ailəsi də müharibədən bir neçə ay sonra evlə təmin olunub.