• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 747
— 03.10.2021 18:59

Payızlıq əkin üçün 150 tona gübrə verilib

KepezTV Player

Samuxda fermerlərə payızlıq əkin üçün güzəştli şərtlərlə gübrələrin verilməsi davam edir. Rayon üzrə indiyə istehsalçılar üçün 150  tona yaxın  mineral gübrələr tədarük olunub. Bununla paralel Aqroservis ASC-nin Samux bölməsinin anbarlarında fermerlərin tələbatını ödəyəcək qədər gübrələr  var.

Kənd Təsərrüfatı Nazirliyinin xətti Aqroservis ASC-nin Samux bölməsinin anbarlarında saxlanılan gübrələr amonium nitrat, amafos, nitro amafos və digər gübrələrdir. Müraciət edən şəxslərin fermer kartında olan məbləğ və onun əkdiyi sahəyə uyğun  düşən gubrənin miqdarı barədə məlumat verilir. Fermer isə gübrə almaq üçün  30 faizi nəğd və 70 faizi isə fermer kartından ödənməklə gübrələri ala bilər. Həmçinin fermerlərin işini asanlaşdırmaq üçün Samuxun kəndlərdə 10-dan artıq gübrə satışı məntəqələri yaradılıb.

Samuxda hər il 11 min ha-da payızlıq əkin aparılır. Artıq bu il üçün fermerlər əkin sahələrinin 6500 ha-da payızlıq şumu yekunlaşdırıb. Qalan sahələr isə təkrar əkin altında olduğu üçün məhsul yığıldıqdan sonra şumlanacaq. Rayonda payızlıq toxum səpininə oktyabırın 15-dən başlanılacaq.

 

Elnur Vahidoğlu