• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1830
— 03.10.2021 20:13

Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri Gəncədə

KepezTV Player

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 100-ə yaxın vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri Gəncəyə səfər ediblər. Qonaqlar 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Gəncə şəhərində əhalinin sıx məskunlaşdığı ərazilərə raket zərbələri endirməsinin ağır nəticələrinin birinci ildönümünə həsr olunmuş konfransda iştirak ediblər. Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri əvvəlcə terror nəticəsində həlak olan mülki şəxslərin xatirəsini anmaq məqsədilə dağılan əraziləri ziyarət edib. Daha sonra Heydər Əliyev Mərkəzində konfrans keçirilib.Tədbirdə QHT-lər tərəfindən Ermənistanın siyasi və hərbi rəhbərliyinin 1 il öncə insanlıq əleyhinə törətdiyi cinayətlərlə bağlı dünyada fəaliyyət göstərən beynəlxalq təşkilatlara, hüquq müdafiə təşkilatlarına, QHT-lərə, media təmsilçilərinə,  parlament üzvlərinə və hökumətlərə ünvanlanan müraciət qəbul olunub. Nümayəndə heyəti "Nizami ili" çərçivəsində  Nizami Gəncəvinin məqbərəsini də ziyarət edib. Burada dahi şairin zəngin ədəbi irsi barədə onlara ətraflı məlumat verilib.