• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1612
— 03.10.2021 20:01

Tarixi və əbədi adı ilə Suqovuşan

KepezTV Player

44 gün davam edən Vətən müharibəsinin 7-ci günü Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində tarixə qızıl hərflərlə növbəti zəfər gününü yazıb. Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuz Tərtər, Cəbrayıl və Füzuli rayonlarının bir neçə yayayış məntəqəsini&nbsp;<br>işğaldan azad edib.

Ordumuzun zəfərlərinin müjdəçisi olan Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi tviter səhifəsində növbəti paylaşımlarla əsgər və zabit heyətinin qəhrəmanlığından bəhs edib azad olunan ərazilərin adlarını paylaşıb. “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”, tviti ilə yanaşı, dövlətimizin başçısı Azərbaycan Ordusunun Tərtər rayonunun Talış, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndlərini azad etməsi barədə məlumat verib. Prezident həmçinin, Madagizin tarixi adını bərpa edərək onun Suqovuşan adlandırıldığını elan edib. Beləliklə, bu gün Suqovuşan və adları çəkilən digər yaşayış məntəqlərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 1 il ötür.&nbsp;Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri hesab olunur.

Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmanlarımız ermənilərin keçilməz dediyi Ohanyan səddini qısa müddətdə keçərək Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborun 4 tankı məhv edib, 3 tankını isə qənimət götürüb. Düşmənin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.