• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2131
— 02.10.2021 20:37

"Ümumrespublika Xəmsə Festivalı"na yekun vuruldu

KepezTV Player

"Ümumrespublika Xəmsə Festivalı"nın final mərhələsi başa çatıb. Əvvəlcə YAP-ın Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Gəncədən seçilən millət vəkilləri və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı və digər qonaqlar Heydər Əliyev parkında ağac əkiblər. Ardından "Nizami Gəncəvi İli"nə həsr olunan festivalın qalib komandaları ilə görüş keçirilib. Yarışda birinci yerə Bakı, ikinci yerə Gəncə, üçüncü yerə isə Ucardan olan komanda layiq görülüb. Qaliblərə diplomlar və xatirə hədiyyələri təqdim edilib.

Gənclər Nizami məqbərəsi və Şəhidlər Xiyabanında

Ümumilikdə 420 nəfər gənci əhatə edən layihə iştirakçıları bağlanış mərasimində Nizami məqbərəsini ziyarət edib, Nizami Gəncəvinin muzeyi ilə yaxından tanış olublar. Daha sonra gənclər Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən Vətən müharibəsi və 1-ci Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, üzərlərinə gül dəstələri qoyublar.