• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1606
— 02.10.2021 20:38

Sərnişin avtobusu qəzaya uğrayıb, 12 nəfər yaralanıb

KepezTV Player

Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində sərnişin avtobusu qəzaya düşüb.

Ağdam-Bakı xətti üzrə hərəkət edən “Mercedes” markalı sərnişin avtobusu həmin yolda təmir işləri aparan texnika ilə toqquşub.Qəza zamanı arxadan gələn “Kamaz” markalı avtomobil də sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, vəfat edən yoxdur, xəsarət alan 13nəfər hadisə yerinə cəlb olunan təcili tibbi yardım maşınları vasitəsilə xəstəxanaya yerləşdirilib.