• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1607
— 02.10.2021 20:34

Həssas qrupdan olan əhali üçün özünüməşğulluq proqramı

KepezTV Player

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi qazi və şəhid ailələri üçün yaradılan kiçik təsərrüfatlarla əyani tanışlıq məqsədilə mediatur təşkil edib. Jurnalistlər Gəncə və Göygöldə yaradılan kiçik təsərrüfatlarla tanış olublar. Şəhid Samir Abdullayevin atası İlham Abdullayev postmüharibə dövründə dəmirçilik fəaliyyəti üzrə avadanlıqlarla təmin olunaraq istehsal sahəsini qurub.

Şəhid Elvin Məmmədzadənin atası İlham Məmmədzadə isə proqram vasitəsilə arıçılıq sahəsində öz təsərrüfatını yaradıb. O, dövlətin dəstəyi ilə qurduğu işini gələcəkdə daha da inkişaf etdirmək niyyətindədir.

Vətən müharibəsi qazisi Samir Hüseynovun atası da kiçik bizneslə məşğuldur. O bu dəstəyin sahibkarlığa çıxış üçün yaxşı imkan olduğunu qeyd edib.Gəncə və Göygöl üzrə bu il həssas əhali qruplarına aid 700-dən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib.

Mayis Musayev Dövlət Məşğulluq Agentliyinin departament direktoru:30 minədək şəxsi əhatə edən bu tədbirlər çərçivəsində şəhid ailəsi üzvləri və qazilərin məşğulluq məsələlərinin həlli sürətlə aparılıb. Postmüharibə dövründə bu kateqoriyalardan ibarət 5320 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb. 2000-dək şəxs münasib işlərlə təmin edilib. Şəhid ailəsi üzvləri və müharibədə yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədilə bu il iyunun 10-dan başlanan “Məşğulluq marafonu”na indiyədək 527 işəgötürən qoşularaq, 2747 vakansiya təqdim edib, həmin vakansiyalar üzrə artıq 801 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.