• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2090
— 02.10.2021 12:40

Nizaminin qəzəlləri əsasında tamaşa hazırlanıb

KepezTV Player

Gəncə Dövlət Dram Teatrının kollektivi koronavirus pandemiyası dövründə yumşaldılmalara gedildikdən sonra ilk tamaşasını nümayiş etdirib. Əvvəlcə Gəncə Regional Mədəniyyət İdarəsi tərəfindən teatrın bir qrup aktyoruna diplomlar təqdim edilib. Ardından Nizami Gəncəvinin qəzəlləri əsasında hazırlanan "Nizami Gəncəvi poeziyasının işığında" adlı musiqili ədəbi bədii kompazisiya nümayiş etdirilib.6 qəzəl əsasındsa hazırlanan tamaşa 35 dəqiqəlik olub. Səhnə əsərində xalq artistləri Alim Məmmədov, Pərvanə Qurbanova əməkdar artistlər Elxan Abbasov, Sevda Orucova, Novruz Cəfərov, Rahilə Məmmədova və digər aktyorlar rol alıblar. Tamaşanın bədii rəhbəri Əli Qasımov, quruluşçu rejisorları Elşad Əhmədov və Yusif Cəfərovdur. Qədim xalq çalğı alətləri ansambılının müşayəti ilə oynanılan tamaşada müxtəlif işıq effektlərindən istifadə edilib. Teatrın repertuarına salınan bu tamaşa Nizami Gəncəvi ilinə həsr olunub.

Alim Məmmədov  Xalq artisti: Biz hazırda Nizami Gəncəvinin 880 illik yubleyi ilə əlaqədar bir neçə tamaşalar qəzəllərnən ibarət tamaşalar hazırlamışıq. Mən çox şadam ki, uzun illərdi ki mən Nizami Gəncəvi obrazını yaradıram. Öüzümü də çox xoşbəxt hiss edirəm.

Əli Qasımov  Gəncə Dövlət Dram Teatrının direktoru: Gəncədə də bu sərəncam çərçivəsində silsilə təbirlər həyata keçirilir. Onlardan biri də bizim poeziya teatrında reallaşır. İndiyə kimi həmin sərəncam çərçivəsində Gəncə Dövlət Dram Teatrı 4 qısa metrajlı sənədli filim çəkmişdir. Eyni zamanda ədəbi bədii kompazisiyalar hazırlamışdır.