• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1693
— 02.10.2021 12:30

Minaların dəqiq yerləri göstərilən xəritələr verilsə, adekvat cavab veriləcək

KepezTV Player

“Artıq mövcud olmayan “qurumun” statusu haqqında danışmağın yeri yoxdur. Çünki Dağlıq Qarabağ mövcud deyil. Bizim ərazimizdə belə inzibati vahid yoxdur”. Bu sözləri Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib. Dövlət başçısı status yoxdur və hər kəs bu məsələni unutmalıdır deyib. Bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə - Qarabağda yaşayan 25 minə yaxın etnik erməninin də azərbaycan vətəndaşları olduğu bildirib. Ermənistan tərəfinin hazır olduğu təqdirdə yüksək səviyəli görüşün keçirilməsinə hazır olduğunu da vurğulayıb. “Bizim tələbimiz ondan ibarətdir ki, Ermənistan bizə dəqiq xəritələr təqdim etsin. Həmin xəritələrdə minaların dəqiq yerləri göstərilsin. Bunu etsələr, xoş niyyət nümayiş etdirsələr, biz buna adekvat cavab verəcəyik” – deyə prezident sözlərinə əlavə edib.