• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1484
— 01.10.2021 20:03

Gənclərin xaricdə təhsili üçün üstünlük veriləcək sahələr açıqlanıb

KepezTV Player

“Xaricdə təhsillə əlaqəli daha çox texniki və texnoloji sahələrə, fundamental elmlərə üstünlük veriləcək”. Bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” imzaladığı sərəncamla bağlı danışarkən deyib. Bildirib ki, bunlar ilkin siyahıdır: “Proses zamanı digər sahələrin də prioritetləşməsi gözlənilir. Ölkənin inkişafına daha çox töhfə verilməsi üçün önəmli olan sahələrlə bağlı seçim ediləcək. Sərəncama əsasən, iki ay ərzində proqramın hazırlanması tapşırılığı verilib: “Bu müddət ərzində aidiyyəti qurumlarla müzakirələr aparılacaq. Önümüzdəki həftələrdə proqram hazırlanaraq rəhbərliyə göndəriləcək".