• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1415
— 30.09.2021 20:40

Tələbələr Venesiyada təhsil ala bilərlər

KepezTV Player

Gəncə Dövlət Universitetinin tələbələri İtaliyanın Venesiya şəhərində təhsil almaq imkanı qazana bilərlər. Avropa Komissiyasının “ Erasmus + Key Action1 ” ikitərəfli razılaşma protokoluna əsasən, Gəncə Dövlət Universitetinin tələbələrinə İtaliyanın Ka Foskari Venesiya universitetində qısa müddətlik mübadilə imkanı təklif olunur. İngilis dili və arxeologiya sahələrini əhatə edən “ KA- 1” mübadilə layihəsi çərçivəsində tələbələr 1 semestr, müəllim və doktorantlar isə 2 və ya 3 həftəlik Venesiyaya yollana bilərlər.

Layihə çərçivəsində 2021- 2022- ci  tədris ili üzrə müəllim, doktorant və magistratura səviyyəsində təhsil alan tələbələr bu fürsətdən faydalana biləcəklər. 2014- cü ildən davam edən layihələrin əsas məqsədi universitetlər arasında qarşılıqlı münasibətlərin inkişafı üçün memorandum və ikitərəfli müqavilələrin imzalanmasını, universitetin beynəlxalq təşkilatlara üzvlüyünü, təşkilatlar və müəssisələr ilə əməkdaşlığını, həmçinin tələbələrin və işçi heyətin mübadilə proqramlarında iştirakını təşkil etməkdir.

Ruslan Məmmədov  GDU-nun Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri: Bu il 7 ölkə ilə yeni əməkdaşlıq imzalamışıq. Biz müraciət edirik Avropa komisiyasına və müraciət edən əsas Avropa tərəfdaşı olur. Və Avropalı əməkdaş qrand aldıqdan sonra biz elan veririk. Elana əsasən tələbələr və müəllimlər hətta doktarantlar da mübadilədə iştirak edə bilirlər. Müddət adətən tələbələr üçün 1 və ya 2 semestr olur. Müəllimlər üçün qısa müddəti əhatə edir, əsasən 2 həftə maksimum 1- 2ay. Yəni müəllimin özünün müraciət vaxtı seçdiyi müddətdən asılıdır.

Xarici universitetlərlə dəstək və qarşılıqlı əməkdaşlıq müasir və rəqabətqabiliyyətli gənclərin inkişafına  şərait yaradacaq.

Ruslan Məmmədov  GDU-nun Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri: Burda tələbənin özününü fərdi inkişafından söhbət gedirsə çox böyük təsir edir. Çünki həm dünyagörüşü artır, həm də karyerasında həm də şəxsi həyatında formalaşmağında çox böyük imkanlar, fürsətlər yaranır. Hal hazırda bu gün ki görüşümüz Laypeda universiteti yəni Latviyanın universiteti ilə əməkdaşlıq müzkirəkəri edirik. Və orda başqa ölkələrdən olanlar da var. Laypeda universiteti tanışlıq məqsədilə bizi də öz şəbəkəsinə qoşub.  Və bu şəbəkədə də latın Amerikasından da, Cənubi Afrikadan da, Avropadan da həmçinin Qafqazdan da deyim tərəfdaş ölkələr var.

Universitet eyni zamanda, İtaliya, İspaniya, Rumıniya, və Türkiyə universitetləri olmaqla 10-a yaxın təhsil müəssisəsi ilə əməkdaşlıq edir.

Ruslan Məmmədov GDU-nun Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri:Hal hazırda bir elanımız var İtaliyanın Venesiya şəhərində yerləşən Kafoskari Venesiya universiteti biz oraya bu il 2 tələbə 2 müəllim göndərməliyik və 1 doktorantda getməlidir bu proqramla. Ayın 1- nə qədərdir. 1-də də seçim olacaq, seçimdə birbaşa İtaliyanın həmin Kafoskari universiteti özü edir.

Tələbələrin seçimi bir başa tərəfdaş universitet tərəfindən həyata keçirilir.

Aişə Rzayeva