• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 30.09.2021 20:34

Sakinlərin nəqliyyat problemi həll edilib

KepezTV Player

Gəncənin Cavadxan qəsəbəsinin 5 minə yaxın sakini üçün gediş-gəliş daha da asanlaşacaq. Artıq qəsəbəyə hərəkət edən  20 nömrəli avtobusun marşurut xətti uzadılıb. Bu yeni tikilən evlərdə yaşayanların ürəyincə olub.

Sevincdən pay alanlar Cavadxan qəsəbəsində yaşayan 1000-ə yaxın ailənin üzvləridir. Onlar artıq yayın istisində, qışın soyuğunda mənzil başına çatmaq üçün piyada uzun yol qət etməyəcəklər. Çünki qəsəbəyə hərəkət edən 20 nömrəli avtobusun hərəkət cədvəlinə Göytürk küçəsi də əlavə edilib.

Fazil Musayev  sakin: 6 ildir ki, mən burada Göytürk küçəsində yaşıyıram. Şəhərə gediş gəliş çox çətin idi. Marşurut açılır, 20 nömrəli marşurut buradan keçəcəkdir. Uşaqlarımızı məktəbə aparıb gətirmək yaxşılaşacaqdır.

Rövşanə Mirzəyeva  sakin: Mən 10 ildir bu qəsəbə yaşıyıram. Uşaqlarım 12 saylı məktəbə gedir. Çox əziyyət çəkirik. Səhər uşaqlarımızı apara bilmirik. Bağçıya, işə gedə bilmirik. Onun üçün də şikayət elədik. Şikayətimizə baxdılar, bərpa elədilər.

Şəfiqə Hüseynova  sakin: 5 ildir ki, bu qəsəbədə yaşıyıram. Çox əziyyətlər çəkirik.  İndi şükür yolumuz yaxşı olacaq, avtobuslarımız işləyəcək. Sağ olsunlar ki, körpələrə qocalara hörmət etdilər.

Sakinlərin rahatlığını təmin etmək üçün atobusun hərəkət etdiyi xətt üzrə 5 dayanacaq  qoyulub və xəttə əlavə 6 avtobus buraxılıb. Hərəkət cədvəlinə uyğun olaraq nəqliyyat vastələrinin arasındakı interval isə 7 dəqiqəyə endirilib.

Ceyhun Hüseynov  sürücü: Sakinlər tez-tez müraciət edirdi.  Sakinlərin müraciəti əsasında gəlmişik. Avtobus xəttimizi uzadıblar. Biz də çalışırq ki, onlara xidmət edək.

Ruslan Paşayev  Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma idarəsinin hüquqşünası: Şəhər inzibati idarəsi tərəfindən marşurut xətləri üzrə manitorinqlər keçilir. Artıq 20 nömrəli marşurut xətti üzrə sakinlər rahatlıqla istifadə edə bilərlər. Aparılmış manitorinqlərin təhlil və müşahidələri eləcə də sakinlərin təkilif, müraciətləri əsasında digər qəsəbələrdə də marşurut xətləri üzrə optillaşma işləri aparılır. Hazırda proseslər davam edir.

20 nömrəli avtobus səhər saat 6:30-dan axşam saat 22-ə kimi əhaliyə xidmət edəcək. Ümumilikdə isə gün ərazində  Gəncədə 28 marşurut xətti üzrə 240 avtobus və mikroavtobus hərəkət edir.

Elnur Vahidoğlu