• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1022
— 30.09.2021 20:28

Sürücülər vaksinasiya ilə bağlı yoxlanılacaq

KepezTV Player

Sabahdan avtomobil nəqliyyatı ilə yük​ və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslər də vaksinasiya ilə bağlı yoxlanılacaq. Nazirlər Kabinetinin  qərarına əsasən, bu sahədə çalışanlardan oktyabrın 1-dən  etibarən ikinci doza peyvənd olunması və ya​ ​ COVID-19-a qarşı immunitet sertifikatı tələb ediləcək. Verilən qərara uyğun olaraq yol polis əməkdaşları postlarda sürücülərin yoxlanışını həyata keçirəcək.

Namidan Piriyev BDYPİ-nin şöbə rəisi: 1oktyabr  tarixindən etibarən həm avtomobil yollarında,həmdə stasionar postlarda xidmət aparan yol patrul xidmətinin əməkdaşları seçmə üsulu ilə bu fəaliyyətlərlə məşğul olan sürücülərin covid 19 pasportu vəya umlitet setifikatı yoxlanılacaq.