• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1144
— 30.09.2021 20:07

MM Vətən müharibəsinin ildönümü ilə əlaqədar bəyanat qəbul edib

KepezTV Player

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı” qəbul edilib.Azərbaycan BMT-nin, digər beynəlxalq təşkilatların münaqişəyə dair sənədlərinin icrasını faktiki təmin edərək, ərazi bütövlüyünün bərpasına nail olub, Cənubi Qafqaz bölgəsində yeni geosiyasi reallıq yaradıb. Azərbaycanın əzəli və tarixi torpağı olan Qarabağın həyatında yeni dövr – bərpa və quruculuq dövrü başlanıb. Milli Məclis ümid etdiyini bildirib ki, uzun illər ərzində qanlı münaqişədən əziyyət çəkmiş Azərbaycan ilə Ermənistan arasında daimi sülhün bərqərar edilməsi, sivil dövlətlərarası münasibətlərin qurulması, bu dövlətlərin ərazisində Azərbaycan və erməni xalqlarının nümayəndələrinin dinc yanaşı həyatının təmin edilməsi üçün yaranmış tarixi imkan lazımınca dəyərləndiriləcək.

Müharibə əlilləri evlərin alqı-satqısı zamanı dövlət rüsumundan azad edilib

Milli Məclisin iclasında "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunlarda dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Qanunvericilik aktlarına əsasən, şəhid ailəsi üzvləri üçün nəzərdə tutulan müavinət Azərbaycan Prezidentinin təqaüdü ilə birləşdirilib və təqaüdün məbləği 300 manatdan 500 manata çatdırılıb. Qanunlara dəyişiklik layihələri səsverməyə çıxarılaraq qəbul edilib.

Plenar iclasda “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.Sənədə dəyişikliklə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər məhkəməyə verilən iddia ərizələri üzrə və mənzilin alqı-satqısı zamanı dövlət rüsumu ödəməkdən azad ediləcək.