Son illər ərzində Silahlı Qüvvələrdə çox ciddi və əhəmiyyətli işlər görülüb, müdafiə qabiliyyətimizin artırılması, şəxsi heyətin peşəkarlığının və mənəvi-psixoloji hazırlığın gücləndirilməsi, yeni hərbi hissə komplekslərinin istifadəyə verilməsi, hərbi qulluqçuların mənzil təminatının yaxşılaşdırılması sahəsində böyük nailiyyətlər əldə olunub. Bu nailiyyətlərin əldə olsunmasında isə Prezident İlham Əliyev imzası var.
Müasir Azərbaycan Ordusunun müəllifi ümummilli lider Heydər Əliyevdir. Ulu Öndərin ötən əsrin 70-ci illərində yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Lisey ordumuzun inkişafında böyük rol oynayıb. Ümummilli liderin müstəqil Azərbaycanın ordu quruculuğuna da misilsiz töhfələr verib, mühüm islahatlar həyata keçirib. Heydər Əliyevin bütün sahələrdə siyasətini uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev bu gün ordu quruculuğunun inkişafına böyük rola malikdir. Bu gün Azərbaycan Ordusunun malik olduğu silah və texnikanın 80 faizindən çoxu yenilənib, ordumuz ən müasir silahlarla təchiz olunub. Hərbi şəhərciklərin çox hissəsi yenidən tikilib və ya tam təmir edilib. Bu gün Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu yüksəkdir. Ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və s. vasitələrlə təchiz olunması Vətən müharibəsində qələbənin əldə olunmasınd az rol oynamadı. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olub. Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. İşğal altında olan torpaqlarımızın çox qısa müddətdə, cəmi 44 gün ərzində azad edilməsi, düşmən tapdağı altından qurtulması Azərbaycan Ordusunun gücünü bütün dünyaya göstərdi. Azərbaycan xalqı öz Prezidentinə və ordusuna inanırdı. İşğal altındakı torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi ilə azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması, bayrağımızın Şuşada, Laçında və işğal altındakı digər əzəli torpaqlarımızda dalğalanması bu gün bütün Azərbaycan vətəndaşlarını, Azərbaycanı sevənləri qürurlandırır. Bu gün Prezident İlham Əliyevin qətiyyəti sayəsində biz Azərbaycan-Ermənistan sərhəddində söz sahibiyik.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: 30 il bu ərazi ermənilərin əlində idi. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə. Durardılar, deyərdilər ki, sərhəd budur. Nə oldu bəs? Biz gələndən sonra, durandan sonra dedilər ki, yox, biz düz yerdə durmamışıq. Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq. Onu heç kim unutmasın. Ona görə indi Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca - Murovdağdan ta Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır, biz bu sərhədlərdə möhkəmlənirik.
- Baxış: 450