• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2337
— 29.09.2021 15:50

Bitki xəstəlikləri mövzusunda təlim keçirilib

KepezTV Player

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun bitki sağlamlığının təmin olunmasına dair təlimləri davam edir. Növbəti belə təlim Şəmkir rayonunda təşkil olunub.

Fermerlərin iştirakı ilə keçirilən təlimin mövzusu ölkə ixracatında vacib rol oynayan, xüsusən də istixana şəraitində becərilən pomidor və xiyar   bitkilərinin məhsuldarlığına ciddi ziyan vuran zərərli orqanizmlərə  qarşı mübarizə tədbirləri haqqında olub.

Qərb bölgəsində istehsal olunan tərəvəzlər içərisində xüsusi çəkiyə və rentabelliliyə malik olan pomidorun aqrokimyəvi əhəmiyyəti nəzərə alınmaqla xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərindən danışılıb. Məhsuldarlığın artırılması, məhsulun saxlanması şəraiti, bioloji təsir metodları haqqında mütəxəssislər tərəfindən fermerlərə məlumatlar verilib.

Təlimə qatılan türk mütəxəssislər də Tuta xəstəliyinə qarşı mütərəqqi mübarizə metodları haqqında təcrübələrini bölüşüblər.

Bu cür xəstəliklər insan orqanizminə ziyan vurmasa da, onlara qarşı vaxtında və düzgün mübarizə aparılmazsa, məhsuldarlıq 30-35 % aşağı düşür, bəzən isə məhsul tamamilə məhv olur. Əgər bitkidə zərərli orqanizmlər və xəstəliklər vaxtında aşkarlanarsa, onlara qarşı mübarizə asanlaşar. Belə ki, xəstəliyin inkişaf dərəcəsindən asılı olaraq müvafiq - aqrotexniki, fiziki, kimyəvi, bioloji və inteqrir mübarizə üsulları seçilməlidir.

 

Valeh Anaroğlu