• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1895
— 29.09.2021 15:54

Aqrar sahədə təhsil alanlar gələcəyin kadrlarıdır

KepezTV Player

Azərbaycanda aqrar sahə üzrə mütəxəssis hazırlayan yeganə ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Aqrar Universiteti qapılarını tələbələrin üzünə açıb. Uzun müddət davam edən fasilədən sonra ənənəvi tədrisin bərpa olunması münasibətilə universitetdə tədbir keçirilib.

Azərbaycan Dövlət Aqrar Universitetində yeni tədris ilinin başlanması mərasimində iştirak edən Kənd Təsərrüfatı naziri İnam Kərimov peşəkar kadrların mövcudluğunu hər bir sahənin inkişafının əsas amilləri adlandırıb. Tədris ilinin ənənəvi formada başlanması münasibətilə müəlim və tələbələrə uğurlar arzulayıb.

Nazir Azərbaycan dövlətinin qeyri-neft sektorunda planlaşdırılan strateji hədəflərdən də danışıb. Aqrar Universitetin dövlətin önəm verdiyi müasir təhsil müəssisələrindən olduğunu xatırladıb. Həyata keçirilən beynəlxalq tələbə mübadilələrində universitet tələbələrinin iştirakı, təhsil müəssisənə əcnəbi tələbələrin müraciət etməsini yüksək dəyərləndirib.

Hazırda universitetin 560-dan çox professor-müəllim heyəti 6000-dən çox tələbəyə aqrar elmin dərinliklərini öyrədir. Son illər kənd təsərrüfatı ixtisaslarına qəbulda və təqaüdlərin ödənilməsində artım qeydə alınıb. Azərbaycan Dövlət Aqrar Universitetinin tarixində ilk dəfə olaraq bu il tələbə qəbulu ən yüksək həddə - 1347 nəfərə çatıb ki, bu da aqrar sahədə təhsilə marağın artdığını göstərir.

 

Valeh Anaroğlu