• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2236
— 29.09.2021 09:44

Orta məktəblərin yuxarı siniflərində, ali məktəb və kolleclərdə dərslər başlayıb

KepezTV Player

Bu gündən ali və orta ixtisas təhsili müəssisələrində, eləcə də orta məktəblərin yuxarı - V-XI siniflərində yeni dərs ili başlayıb. Tədris müəyyən istisnalar olmaqla ənənəvi qaydada həyata keçiriləcək. Amma Elmi Şuraların qərarı ilə bəzi universitetlərdə mühazirələr onlayn şəkildə oxunacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla sanitariya və gigiyena qaydalarına riayət olunmaqla istifadə edilməlidir. Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportu olmalıdır. Bundan başqa, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində yerləşən bufet və yeməkxanaların fəaliyyəti də bir sıra tələblər yerinə yetirilməklə bərpa olunub. İbtidai siniflər üzrə tədris isə sentyabrın 22-də başlayıb.