• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2103
— 28.09.2021 20:06

Xəmsə Festivalının sonuncu regional turu olub

KepezTV Player

Gəncədə "Ümumrespublika Xəmsə Festivalı"nın sonuncu IX regional turu keçirilib. YAP Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən yarış Heydər Əliyev Mərkəzində təşkil edilib. Nizami ili çərçivəsində keçirilən tədbirdə qərb bölgəsinin 11 şəhər və rayonundan təmsilçilər iştirak edib. Gənc nəslin öz tarixi köklərinə bağlı şəkildə yetişməsinə xidmət edən tədbir Azərbaycan xalqının milli dəyərlərinin aşılanmasında da əhəmiyyətli hesab olunur. Festivalda qalib gələn komandalar final mərhələsində birincilik uğrunda mübarizə aparacaqlar. Final mərhələsi isə oktyabırın 2-də Gəncədə keçiriləcək.

"Ümumrespublika Xəmsə Festivalı"nın iştiarkçıları 1 il öncə ermənilər tərəfindən Gəncəyə atılan raket zamanı dağılan ərazidə də olublar. Şəhid olan dinc sakinlərin xatirəsi anılıb. Vətən müharibəsində döyüş meydanında uduzduğunu görən ermənilərin dinc əhalini atəşə tutması terror aktı kimi dəyərləndirilib. Gəncənin bir neçə dəfə raket atəşinə tutulması nəticəsində 26 nəfərin həlak olduğu və xeyli sayda insanın xəsarət aldığı vurğulanıb.