• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1677
— 28.09.2021 19:04

Fidanlardan şəhidlərin xatirəsinə hörmət

KepezTV Player

Anım Günü ilə bağlı reallaşan tədbirlər sırasında uşaq baxçalarında da şəhidlərin xatirəsi anılıb. Gəncədəki 13 saylı körpələr evində keçirilən tədbirə şəhid vallideyinləri, övladları, həmçinin qazilər balacaların təqdimatında bədii hissəyə tamaşa ediblər. Fidanlar vətənpərlik mövzusunda şeirlər səsləndiriblər. Özü və övladları həmin baxçanın yetirməsi olan 2-ci Qarabağ müharibəsi şəhidi Rabil İsmayılovun və 1-ci Qarabağ müharibəsi şəhidi Elşən Əsgərovun xatirəsini yaşatmaq məqsədilə baxçada xüsusi löhvələr quraşdırılıb. Tədbirin sonunda azyaşlılar şəhid analarına gül buketləri təqdim ediblər.