Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib.Sentyabr ayının 1-23 tarixlərində Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd və Qubadlı rayonları üzrə 1119 ha ərazi təmizlənib, 91 ədəd PHS aşkar edilib. Cəbrayıl, Zəngilan və Füzuli rayonları üzrə çox illik əkin sahələrinin təmizlənməsi başa çatıb, Qubadlı rayonunda isə 71 ha ərazinin təmizlənməsi bitmək üzrədir. Ağdam rayonu Xaçınarx 1 və Xaçınarx 2 kanalı, eləcə də subartezian quyularının təmizlənməsi əməliyyatlarına 27 sentyabr tarixindən başlanılıb.
- Baxış: 217