44 günlük Vətən müharibəsi Azərbaycanın haqq işinin Qələbəsi, torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşdı. Bu Qələbə, bu Zəfər həm də Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin təntənəli nəticəsi idi. O siyasət ki, bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 24 sentyabr 2020-ci il tarixində BMT-nin Baş Assambleyasında çıxışı zamanı düşmənin yeni təxribatlara hazırlaşdığını bütün dünyaya bəyan etmişdi. Ali Baş Komandan orada da dünyaya çağırış edərək bildirdi ki, onlar haqq yoluna gəlməyəcəyi təqdirdə biz döyüşərək torpaqlarımızı işğaldan azad edəcəyik. Biz buna güclü ordu sayəsində nail olduq. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi güclü Azərbaycan ordusunun sayəsində.
2020-ci ilin yay ayında düşmən öz çirkin niyyətini bir daha nümayiş etdirdi. Onlar sülhü yox, müharibəni seçəcəklərinin mesajını verdilər. Azərbaycan üçün beynəlxalq əhəmiyyətli bölgələrdə törədilən təxribatlar bunun ən əyani sübutu idi. Məqsəd isə Azərbaycanı çətinə salmaq, ölkəmizə zərər verməkdən ibarət idi.
Döyüşlərin başlandığı 27 sentyabr tarixinin ictimai-siyasi əhəmiyyəti böyükdür. Azərbaycan xalqı milli birliyinə bu tarixdə bir daha nail oldu.Orduya hər formada dəstək göstərildi. Düşmənin dinc əhalinin yaşadığı nöqtələrə zərbələr endirməsi də xalqı qorxutmadı. Əksinə qisas hissini daha da artırdı.
Hələ uzun illər, uzun əsrlər bütün dünya ictimaiyyəti Azərbaycanlıların bu qəhrəmanlığından, bu milli ruhundan, bacarığından söhbət açacaq. Bu milli ruhda yetişən Azərbaycan gəncliyi də hər zaman 27 sentyabr - Anım günü tarixini, 8 noyabr - Zəfər tarixini heç vaxt unutmayacaq.Dövlətin həyata keçirdiyi bütün sosial layihələrdə fəal iştirak edəcək.
Valeh Anaroğlu
- Baxış: 245