• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 945
— 20.09.2021 19:11

17 min 588 şagird orta məktəbə gedəcək

KepezTV Player

Respublikamızın orta ümumtəhsil məktəblərində Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ənənəvi təhsil yenidən bərpa olunur. Sentyabrın 22-də başlayacaq yeni tədris ilin də ilk olaraq ibtidai siniflərin tədrisinə start veriləcək. Gəncədə 45 orta ümumtəhsil məktəbi var ki, bu təhsil ocaqlarında yeni tədris ilində  hazırlıq işləri aparılır.

Partalar, stol və stullar,  pəncərələr, döşəmələr xüsusi dezinfeksiya edici məhlullarla yuyulur. Sinif otaqlarına gigyenik vastələr qoyulub. Bundan başqa  təhsil müəsisələri hərarət ölçən teplovizorlarla da təmin edilib. Həmçinin orta məktəblərə pandemiyya qaydaları ilə bağlı məlumat verici elanlar da yapışdırılıb. Bütün bu hazırlıqlar 22 sentyabrda qapılarını şagirdlərin üzünə açacaq Gəncənin orta ümumtəhsil məktəblərində aparılır. Pandemiyya ilə bağlı olaraq izalyaziya qaydaları təhsil müəsisələrinin kollektivinə çatdırılır.

Gəncənin 43 saylı orta məktəbində yeni tədris ili başlıyanda 263 şagird ibtidai siniflərdə təhsil alacaq. Həmin şagirdlər üçün təhsil ocağının 11 sinfi ayrılıb ki, burada da bütün gigiyenik qaydalara əməl olunur. Məktəbin texniki işçiləri sinif otaqlarında, dəzhliz və həyət də təmizlik işləri aparır. Ümumilikdə Gəncənin 17 min 588 şagirdin təhsil alacağı bütün orta məktəblərdə vəziyyət bu cürdür.

Gəncədə müəllimlərin vaksinasiyası da uğurla davam edir. Yeni tədris ilində  4824 müəllim şagirdlərə dərs keçəcək ki, onlarında 4524-ü birinci doza, 4009-ü isə ikinci doza vaksin olunub.

Yeni tədris ilinin açılması ilə bağlı Gəncənin orta ümum təhsil məktəblərində karanavirus xəstəliyinin yayılmaması üçün Şəhər Dezinfeksiya stansiyasının əməkdaşları tərəfindən də  dezinfeksiya işləri aparılır.  Mərhələli şəkildə təyin olunan qrafiklə məktəblərin dezinfeksiyası həyata keçirilir.

 

Elnur Vahidoğlu