• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2230
— 20.09.2021 11:52

Universitetə silahlı hücum olub

KepezTV Player

Rusiyanın Perm şəhərində universitetdə atışma olub. Perm Dövlət Universitetində naməlum şəxs binaya daxil olaraq atəş açıb. Silah səsləri təhsil ocağında təlaşa səbəb olub. Tələbə və müəllimlərin otaqlarda gizləndiyi, bir neçə nəfərin pəncərələrdən tullandığı deyilir. İlkin məlumatlara əsasən, hücum nəticəsində 19 nəfər yaralanıb. Ölənlərin sayı 8-ə çatıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Cinayətkar saxlanılıb. Silahlı hücum edən şəxsin 18 yaşlı Timur Bekmansurov olduğu məlum olub. O, polisin əməliyyatı zamanı yaralanıb.