Sabah I Divizionda yeni mövsümə start veriləcək. İlk turda “Kəpəz” Gəncə şəhər stadionunda “Qəbələ-2” komandasını qəbul edəcək. Qarşıdakı oyun öncəsi “sarı-göylər” son məşqini arenanın əsas meydanında keçiriblər.
Hazırlıq prosesindən öncə Gəncə klubunun icraçı direktoru İlqar Nadiri komanda üzvləri ilə görüşüb. Klub rəhbəri futbolçulara və məşqçilər korpusuna növbəti futbol ilində uğurlar arzulayıb, kollektivin qarşısında duran məqsədlərdən danışıb. Gəncə azarkeşlərinin çempionluğu arzuladığını və bu yolda da klub rəhbərliyinin komandaya bütün lazımı dəstəyi verdiyini bildirib.
“Kəpəz”in ən böyük dəyərinin onun azarkeşləri olduğunu deyən İlqar Nadiri yeni mövsümdən stadionlara tamaşaçıların buraxılması məsələsinə də toxunub.
Yeni mövsümün ilk görüşü olacaq “Kəpəz” – “Qəbələ-2” oyunu saat 16:30-da başlayacaq. Qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə olacaq.
- Baxış: 668