• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1052
— 13.09.2021 19:01

Şuşada Beynəlxalq Musiqi Festivalı keçiriləcək

KepezTV Player

18-24 sentyabr tarixində ölkəmizdə ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi nəzərdə tutulub. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Prezidentin müvafiq Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Bu səbəblə builki festivalın ilk konsertlərindən biri də Şuşa şəhərində keçiriləcək. Sayca XIII olan bu festival çərçivəsində Bakı, Gəncə, Ağdamda bir neçə tədbirin təşkili planlaşdırılıb. Festival çərçivəsində Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş məşhur musiqiçilərin də çıxışı nəzərdə tutulub.