• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1999
— 13.09.2021 12:22

Türkiyə yazarları Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

KepezTV Player

Türkiyənin tanınmış yazarı Coşkun Karabulut və qardaş ölkənin müxtəlif şəhərlərindən olan 20-yə yaxın yazıçı Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanmış olduğu qələbə sevincini paylaşmaq və ölkəmizdəki qələm dostlarını təbrik etmək üçün "Könül yolçuluğu" devizi altında Gəncəyə səfər ediblər. Qonaqlar əvvəlcə dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Məqbərədə qonşu ölkə təmsilçilərinə ulu şeyxin həyat və yaradıcılığı haqqında məlumat verilib, bu il dünyada şöhrət qazanan şairin anadan olmasının 880-ci il dönünümün qeyd olunduğu vurğulanıb.

Daha sonra qonaqlar Gəncədə Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində dağılan ərazilərə baş çəkiblər. Günahsız mülki insanlara qarşı həyata keçirilmiş erməni hərbi cinayətlərini əyani şəkildə görüblər. Qonaqlara cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin ümumilikdə 8 dəfə Ermənistan tərəfindən ağır artilleriya və raket zərbələri ilə atəşə tutulması barədə məlumat verilib. Bildirilib ki, dinc sakinlərin sıx yaşadığı ərazilərə edilmiş raket hücumları nəticəsində 1 körpə, 5 uşaq və yeniyetmə, 10 qadın olmaqla 26 dinc sakin həlak olub, 120-dən çox insan yaralanıb.