• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 817
— 11.09.2021 20:41

Qaydaları pozanlar cərimələniblər

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları "Təmiz hava" aylığı devizi altında növbəti reyd təşkil ediblər.  Yoxlamalar zamanı texniki nasazlığı olan, ixrac etdiyi zəhərli qazın miqdarı normadan artıq olan avtomobillərin sürücüləri inzibati qaydada məsuliyyətə cəlb olunublar. Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərlə bağlı da tədbir görülüb. Yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə keçirilən reyddə qaydaları pozanlar cərimələniblər. "Təmiz hava" aylığı çərçivəsində 32 nəfər, təhlükəsizlik kəmərindən istifadə etməyə görə isə 84 sürücü barəsində protokol tərtib edilib.