• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1420
— 10.09.2021 19:14

I MDB Oyunlarının mükafatçısı doğma şəhərinə dönüb

KepezTV Player

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında boks yarışlarında mükafatçılar sırana düşən Gəncə boks məktəbinin yetirməsi İbrahim Zeynalov doğma şəhərinə qayıdıb. İdmançı Heydər Əliyev parkının girişində, Zəfər tağının qarşısında qarşılanıb. Dəri əlcək ustasını məşqçiləri, yaxınları və idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar. İbrahim Zeynalovun qazandığı nailiyyət yüksək qiymətləndirib və ona gələcək yarışlarda uğurlar arzulanıb. Gəncəli boksçu birinci dəfə təşkil edilən yarışda 50 kq-da mübarizə aparıb. İlk döyüşündə Tacikistan boksçusuna qalib gələn Zeynalov finala gedən yolda yerli idmançıya məğlub olaraq yarışı bürünc medalla tamamlayıb.