• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1261
— 09.09.2021 20:34

Nizami Gəncəvinin 880 illiyinə həsr olunan tədbir

KepezTV Player

Məlum olduğu kimi ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən bu il ölkədə dahi şair Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar olaraq “Nizami ili” elan olunub. Bu münasibətlə Gəncədə ümumşəhər tədbiri keçirilib.

Heydər Əliyev meydanında baş tutan tədbirdə şəhər rəhbərliyi, Türkiyə və Gürcüstanın Gəncədəki Baş Konsulları, millət vəkilləri və ictimaiyyət nümayəndələri  iştirak ediblər. Əvvəlcə qonaqlar Nizami Gəncəvi yaradıcılığına həsr olunan sərgiyə baxış keçiriblər. Sərgidə Gəncə şəhər Uşaq İncəsənət, Uşaq Rəssamlıq Məktəblərinin, o cümlədən Gəncə Dövlət Rəsm Qalereyasının hazırladığı sənət əsərləri nümayiş etdirilib. Daha sonra Gəncə Dövlət Dram Teatrının təqdimatında “Xəmsə” əbədi-bədii kompozisiyası göstərilib. Dahi şairin əsərlərindən müəyyən hissələr teatrın əməkdaşları tərəfindən nümayiş olunub. Sonda Gəncə Dövlət Filarmoniyası Xalq Çalğı Alətlərinin ifasında konset proqramı ilə çıxış edib.

Yaxın günlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə “nizamiganjavi.az” saytı istifadəyə veriləcək. Saytda dahi şairin həyatı, yaradıcılığı, Nizami haqqında tədqiqatlar, maraqlı məlumatlar  öz əksini tapacaq.