• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 931
— 09.09.2021 20:33

Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq

KepezTV Player

“Türkiyə Cənubi Qafqazda sabitliyə böyük əhəmiyyət verir və bu bölgədə sülh və sabitliyin təmin olunması üçün böyük səylər göstərir”. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Adalar dənizi və Yunanıstanla Qonşuluq Əlaqələri Problemləri Simpoziumu”ndan çıxış edərkən deyib.

“Azərbaycan, can qardaşımız, 30 ildir işğal altında olan öz torpaqlarını 44 günlük Vətən müharibəsi zamanı erməni işğalından azad edib", - deyə Hulusi Akar vurğulayıb. O, həmçinin qeyd edib ki, Türkiyə bundan sonra da bütün imkanları ilə Azərbaycanın yanında olacaq.