• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1290
— 08.09.2021 18:59

Vətəndaşı peyvəndlənmiş şəxs kimi qeydə alan tibb bacısı cəzalandırılıb

Goranboy Rayon Prokurorluğundan verilən məlumata görə, rayon Mərkəzi Xəstəxanasının əməkdaşının qanunsuz hərəkətləri barədə vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı tibb bacısı Nabat Əliyeva tərəfindən peyvəndlənmə üçün müraciət etmiş rayon sakininə peyvənd etmək məqsədilə peyvəndin şprisə doldurulmaqla vurma görüntüsü formalaşdırılıb, həmin şəxs peyvəndlənmiş şəxs kimi qeydə alınmış və nəticədə dövlət hesabına alınaraq pulsuz şəkildə əhaliyə vurulan peyvənd təyinatı üzrə istifadə edilməyərək israf edilib. Nabat Əliyevanın barəsində icraat başlanılaraq aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib. Goranboy rayon məkməməsinin qərarı ilə Əliyevaya 200 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilib.