Adını tarixə yazdıran qəhrəman vətən oğullarından biri Elməddin Mürsəlzadədən danışacağıq bu dəfə. Keçdiyi şərəfli döyüş yolu ilə onu sevənlərə, ailəsinə baş ucalığı gətirib. Ailəsi də onun xatirəsini əbədiləşdirmək üçün vətənpərvər övladlarının adına ev muzeyini yaradıblar.
Samux rayonunun Əhmədbəyli kəndində dünyaya göz açan Vətən Müharibəsinin şəhidi Mürsəlzadə Elməddin Cəsur oğlunun doğum günü qeyd edilib. Şəhidin məzarı başında çıxış edənlər onun vətənə bağlılığından, elmə, təhsilə hər zaman həvəsli olmasından, yüksək insani keyfiyyətlərindən söz açıblar.
Şəhidin yaşadığı evdə ailəsi tərəfindən xatirəsinin əbədiləşdirilməsi üçün yaradılan ev muzeyinin də açılışı olub. Burada şəhidin şəxsi əşyaları, keçdiyi döyüş yolunu əks etdirən fotolar nümayiş olunur.
Vəzifəsi kəşfiyyatçı-radiotelefonçu olan Elməddin Mürsəlzadə 2020-ci ilin oktyabrın 15-dən 16-na keçən gecə Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Ölümündən sonra " Vətən uğrunda ", “Cəbrayılın azad olunmasına görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub
Valeh Anaroğlu
- Baxış: 325