Uzunmüddətli fasilədən sonra Azərbaycan təhsili nəhayət ki, əyani, ənənəvi təhsil formasına qayıdır. Proses mərhələlərlə təşkil ediləcək. Bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib. Daha hansı məsələlərdən danışılıb, hansı suallara aydınlıq gətirilib? Bunu növbəti süjetdən biləcəyik.
Özəl məktəblərdə təqvimlər dövlət müəssisələrindən fərqlənir. Onlar riskləri qiymətləndirib tədrisin başlamasını özləri planlaya bilərlər - deyə nazir əlavə edib. Həmçinin bildirib ki, məktəblərin açılıb dərhal bağlanmasındansa davamlı fəaliyyəti təşkil etmək daha düzgündür. Sentyabrın 15-dək 2 milyon 700 mindən artıq vətəndaşın vaksinasiyadan keçəcəyi gözlənilir: Ay sonuna isə bu rəqəm 4 milyonu ötəcək. Daha çox vaksin olunan şəxslərin olması təhsil sisteminə daha yaxşı şərait yaradır
İndiyədək 169 862 təhsil işçisi vaksinasiyadan keçib. Müəllimlərin dərsə cəlb olunması COVİD pasportu və əks göstəriş sertifikatı əsasında olacaq. Ali təhsil müəssisələri ilə peyvənd olunmayan tələbələrin məsələsi də müzakirə olunur. Dərs vaxtı təhsil işçisinin və şagirdin hərarəti qalxsa, onlar məktəblərdə hazırlanan izolyasiya otağına yerləşdiriləcək.
Biz Təhsil Nazirliyi olaraq şagirdlərin valideynlərindən COVID-19 pasportu tələb etmirik deyən nazir uşaqların məktəbdə maska taxması məsələsinə də toxunub. Bu, yaşından asılı olmayaraq onların valideynlərə buraxılır. Yəni hər hansı bir məcburiyyət yoxdur. Şənbə günü ictimai nəqliyyatın işləməməsi ilə bağlı bütün məktəblərə sorğu göndərilib, araşdırma aparılıb. Sorğuların cavabından görünən odur ki, məktəblərdə bu problem elə də ciddi deyil. Brifinq zamanı vahid məktəbli forması haqqında da açıqlama verilib.
- Baxış: 225