Bu günə xəbərlərin oxunma sayı: 666
—
06.09.2021 19:00
Müdafiə Nazirliyinin rəhbərliyi “Üç qardaş - 2021” təliminə hazırlıq işləri ilə tanış olub
KepezTV Player
Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə baş tutacaq “Üç qardaş - 2021” beynəlxalq təliminin keçiriləcəyi ərazi ilə tanış olub. Müdafiə nazirinə təlimə hazırlıq prosesi və digər təşkilati məsələlərlə bağlı məruzə edilib. Təlimin yüksək səviyyədə təşkili və keçirilməsi üçün müvafiq göstərişlər verilib.
- Baxış: 1012
